Günün kuponu – 20.10.2022
“Almeriya” – “Jirona” ÜST2.5
La Liqada 10-cu turda mövsümün uğursuz klubları üz-üzə gəlir. Turnir cədvəlinin aşağı hissəsində qərarlaşan komandaların aktivində cəmi 2 qələbə var. Son 4 matçda qələbəyə həsrət olan “Jirona” bu dəfə səfərdə xal qazanmağa çalışacaq. Maraqlıdır ki, hər iki klub qapısında ən çox qol görən klubların siyahısında ilk üçlükdədir.
“Osusuna”- “Espanyol” ALT2.5
Meydan sahiblərinə görə uğursuzluq zolağından çıxmağa əla şans yaranıb. Son 4 matçda qələbə qazana bilməyən “Osasuna” 2019-cu ildən indiyə qədər “Espanyol”a uduzmayıb.
“Barselona”-“Vilyarreal” 1
Lider “Real”dan 3 xal geri qalan “Barselona” el-klassikoda uduzmaqla sərt tənqidlərlə üzləşdi. İspan mediasında baş məşqçi Xavinin istefasını istəyənlər də oldu. Maraqlıdır ki, mayda baş tutan tərəflərin son matçında “Vilyarreal” qələbə qazanıb (2-0). Fikrimcə kataloniyalılar bu oyunda azarkeşlərini sevindirəcək.