Şkrinyar PSJ-nin hədəfində

Şkrinyar PSJ-nin hədəfində

PSJ “İnter”in müdafiəçisi Milan Şkrinyarla maraqlanmaqda davam edir. Fransızların israrına baxmayaraq, “neradzurra” onun qiymətində endirimə getmək istəmir.

27 yaşlı mərkəz müdafiəçisini əlində saxlaya bilməyəcəyini başa düşən İtaliya klubu Paris təmsilçisindən 70 milyon avro tələb edir. Keçid baş tutsa, “İnter” əldə olunacaq pulla “Torino”nun müdafiəçisi Qleyson Bremeri transfer edəcək.

Qeyd edək ki, Milan Şkrinyar 2017-ci ildən “İnter”də çıxış edir.

ETOPAZ

Əvvəlki yazı

“Atalanta”nın qapıçısı “Fiorentina”da

Növbəti yazı

Emreli “Dinamo”da ikinci titulunu qazandı