Emreli “Dinamo”da ikinci titulunu qazandı

Emreli “Dinamo”da ikinci titulunu qazandı

Azərbaycan yığmasının futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” Xorvatiya Superkubokunun oyununa çıxıb. Bu görüşdə Zaqreb təmsilçisinin rəqibi “Hayduk” olub.

Matçın əsas və əlavə vaxtında qol vurulmayıb. Oyun penaltilər seriyasına qədər uzanıb. Burada “Dinamo” daha dəqiq olub – 4:1. Bu qələbə ilə Zaqreb təmsilçisi Superkubokun qalibi olub.

Mahir Emreli zədəli olduğundan onun adı matçın iştirak ərizəsinə daxil edilməyib. Bu onun Xorvatiyada ikinci tituludur.

ETOPAZ

Əvvəlki yazı

Şkrinyar PSJ-nin hədəfində

Növbəti yazı

Fiziyev ölkəmizə ilk qələbəni qazandırdı