Benzemadan 85-ci qol

Benzemadan 85-ci qol

“Real”ın futbolçusu Kərim Benzema Çempionlar Liqasında qol sayını 85-ə çatdırıb. O, yarımfinal mərhələsinin ilk oyununda “Mançester Siti”nin qapısına iki qol vurub.

Fransalı forvard turnirin tarixində 4-cü bombardirdir. Kərim yalnız Kriştiano Ronaldo (140), Lionel Messi (125) və Robert Levandovskidən (86) geri qalır.

Qeyd edək ki, “Real” “Mançester Siti” ilə səfər matçında 3:4 hesabı ilə uduzub.

ETOPAZ

Əvvəlki yazı

36 oyunda 30 qələbə

Növbəti yazı

“Mayami” pley-offun ikinci turunda