“Mayami” pley-offun ikinci turunda
“Mayami” NBA-nın 2021/22 mövsümünün pley-off mərhələsinin ikinci turunun 2-ci iştirakçısı olub. “Hit” “Atlanta” ilə 5-ci matçda qalib gəlib (97:94) və 4:1 hesabı ilə ilk turu tamamlayıb.
Viktor Oladipo 23, Bem Adebayo isə 20 xalla komandasının qələbəsinə böyük töhfə verib. Növbəti turda “Mayami” “Filadelfiya” – “Toronto” cütünün qalibinə qarşı oynayacaq.
Xatırladaq ki, pley-off mərhələsinin ikinci turunun ilk iştirakçısı “Boston” olub. “Seltiks” “Bruklin”lə seriyadan 4:0 hesabı ilə qalib ayrılıb.