Günün kuponu – 23.04.2022

Günün kuponu – 23.04.2022

“Bavariya” – “Borussiya Dortmund” – 1 [nowbetnow-dynamic dyn_code=1337]

Bundesliqada çempionluğun taleyini həll edəcək oyun. “Bavariya” onsuz da dortmundluları bir çox oyun komponentlərində üstələyir. Digər tərəfdən heyətdə 11 zədəli futbolçunun olması “Borussiya”nın işini xeyli çətinləşdirir. Fikrimcə, “Bavariya” “məsələni uzatmayacaq”, ən yaxın izləyicisi üzərində qələbə qazanmaqla sona 3 tur qalmış bundesliqada 32-ci çempionluğunu rəsmiləşdirəcək.

“Frayburq” – “Borussiya Münhenqladbax” – 2,5 ÜST [nowbetnow-dynamic dyn_code=1340]

Bundesliqanın yekunlaşmasına 4 tur qalmış “Frayburq” 5-ci sırada qərarlaşıb və ÇL-in qrup mərhələsinə birbaşa vəsiqə verən ilk “dördlük”dən cəmi 1 xal geri qalır. Ona görə qələbə onlar üçün çox vacibdir. Bütün iddialarını” dəfn etmiş” Münhenqladbax klubu isə rahatlıqla meydana çıxacaq. 30 oyuna qapısında 55 qol görən bu komandanın hər oyunundan 2,5 üst gözləmək olar. Mövsümün sonunda iddiasız komandalar adətən “şən futbol” oynadığından bu matçın da bol qollu keçəcəyini düşünürəm.

“Lester” – “Aston Villa” – 2,5 ÜST [nowbetnow-dynamic dyn_code=1336]

Məhsuldar hücum və bərbad müdafiəsi olan iki komandanın dueli. 31 turda “Lester” qapısından 51, “Aston Villa” 46 top buraxıb. Vurduqları qollar isə “Lester”də 47, “Aston Villa”da 42-dir. Rəqəmlər məhsuldar oyuna işarə edir. Ona görə 2,5 üst variantına üstünlük verirəm.

İlkin Fikrətoğludan ən son “Günün Kuponu”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Badosa ikinci sırada

Növbəti yazı

Sürpriz kupon – 23.04.2022