Plişkovadan erkən vida

Plişkovadan erkən vida

Karolina Pıişkova Ştutqartdakı turnirlə erkən vidalaşıb. Dünyanın 7-ci raketkası 2-ci mərhələdə mübarizəni dayandırıb.

O, Lyudmila Samsonovaya uduzub – 4:6, 4:6. Bu, reytinqdə 31-ci olan rusiyalı üçün “Top-10”dakı rəqiblər üzərində ilk qələbə olub.

Samsonovanın 1/4 finaldakı rəqibi hələ müəyyənləşməyib. Bu, Mariya Sakkari və Laura Ziqemund arasında matçda bəlli olacaq.

ETOPAZ

Əvvəlki yazı

Bruno “Real”ın hədəfində

Növbəti yazı

“Klippers”də hücumçu dəyişikliyi