“Klippers”də hücumçu dəyişikliyi

“Klippers”də hücumçu dəyişikliyi

“Klippers” heyətini yeniləməyə qərar verib. Pley-offdan kənar qalaraq mövsümü bitirən Los-Anceles təmsilçisi hücumçusu Markus Morrislə vidalaşmaq niyyətindədir.

32 yaşlı forvard başqa hücumçu ilə dəyişdiriləcək. Kavay Lenard və Pol Corcun zədəsi üzündən mövsümü uğursuz keçirən komanda dəyişikliklər sayəsində iddialı olmaq niyyətindədir.

Qeyd edək ki, Morris mövsümün 56 matçında orta hesabla 15Ş5 xal, 4,4 ribaund və 2,1 ötürməyə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Plişkovadan erkən vida

Növbəti yazı

Lautaro seçimini etdi