Haalanddan rekord

Haalanddan rekord

Dortmund “Borussiya”sının oyunçusu Erlinq Haaland “Volfsburq”la qarşılaşmada (6:1) dubl edib. Bununla da o, rekorda imza atıb.

Hücumçu Bundesliqada keçirdiyi ilk 63 oyunda 58 qol vurub. Bu, turnir tarixində mütləq rekorddur.

Qeyd edək ki, Haaland 2020-ci ilin yanvarından “Borussiya”nın şərəfini qoruyur. Bu mövsüm o, klubun heyətində bütün turnirlərdə keçirdiyi 26 oyunda 25 qol vurub və 7 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

Çempionlar Liqasının yarımfinal rekordçuları

Növbəti yazı

Ronaldodan daha bir ilk