Çempionlar Liqasının yarımfinal rekordçuları
Bu həftə Çempionlar Liqasında yarımfinalçılar müəyyənləşib. Qitənin ən nüfuzlu turnirində bu mərhələni 20 və daha çox görən 2 klub var.
1955/56 mövsümündən təşkil edilən və əvvəl Çempionlar kuboku, 1992-ci ildən Çempionlar Liqası adlanan yarışın mütləq rekordçusu “Real”dır. Madrid klubu 31-ci dəfə yarımfinala vəsiqə əldə edib.
20 yarımfinal səddini arxaya qoyan digər komanda isə “Bavariya”dır. Münhen təmsilçiləri bu göstəricidə ikinci yerdə qərarlaşır.
Çempionlar Liqasında ən çox yarımfinal görən komandalar:
1. “Real” – 31
2. “Bavariya” – 20
3. “Barselona” – 16
4-7. “Milan” – 12
“Yuventus” – 12
“Liverpul” – 12
“Mançester Yunayted” – 12