Pirloya Portuqaliyadan təklif

Pirloya Portuqaliyadan təklif

Andrea Pirlo karyerasını Portuqaliyada davam etdirə bilər. 42 yaşlı italiyalı mütəxəssis “Braqa”nın baş məşqçisi postuna namizəddir.

Portuqaliyalılar Pirlonu yayda bu vəzifəyə gətirməyi planlaşdırır. Andrea həm də A seriyasının autsayderi “Salernitana”nın maraq dairəsindədir.

Pirlo bu il iki təklifdən imtina edib. O, Polşa yığması və “Cenoa”nı çalışdırmaq istəməyib.

ETOPAZ

Əvvəlki yazı

Tayrizdən klub rekordu

Növbəti yazı

Çempionlar Liqasının yarımfinal rekordçuları