Van Qal ağır xəstəliyə yoluxdu

Van Qal ağır xəstəliyə yoluxdu

Niderland millisinin baş məşqçisi Lui van Qal bədbəxt hadisə ilə üzləşib. O, aktiv prostat xərçəngi ilə mübarizə aparır.

Mütəxəssis millinin futbolçularının fikrini bununla yayındırmaq istəmədiyi üçün xəstəliyini gizli saxladığını söyləyib. Van Qal artıq 25 şüa terapiyası prosedurundan keçdiyini bildirib:

“Birlikdə işlədiyiniz insanlara bunu söyləməmək daha yaxşıdır. Çünki bu, onların seçiminə, qərarlarına təsir edə bilər. Ona görə də düşündüm ki, oyunçular bilməsin. Prostat xərçəngindən ən azı 90 faiz ölmürsən”.

Qeyd edək ki, Lui van Qal ötən ilin avqustundan Niderland millisinə rəhbərlik edir və komandasını DÇ-2022-yə yüksəldib. O, 2012-2014-cü illərdə də ölkəsinin milli komandasını çalışdırıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 05.04.2022

Növbəti yazı

“Filadelfiya” pley-offda