Durantdan yeni rekord

Durantdan yeni rekord

“Bruklin”in hücumçusu Kevin Durant “Atlanta” üzərində 122:115 hesabı ilə qalib gəldikləri oyunda 55 xal qazanıb. Bu, Durantın müntəzəm mövsümdə 50 və ya daha çox xal toplaya bildiyi üçüncü oyundur.

Bununla da, 33 yaşlı “Nets” forvardı 33 və ya daha yuxarı yaşda olan oyunçu tərəfindən bir mövsümdə ən çox 50+ xal toplayan oyunçu adını qazanıb. O, liqa rekordunu yeniləyib. 37 yaşlı Lebron Ceymsin isə hesabında 2021/22 mövsümündə iki belə matç var.

ETOPAZ

Əvvəlki yazı

Gündoğan Özili geridə qoydu

Növbəti yazı

Benzema üçüncü yerə yüksəldi