İrvinq mövsümdə ilk oyununa çıxdı

İrvinq mövsümdə ilk oyununa çıxdı

“Bruklin”in müdafiəçisi Keyri İrvinq 2021/22 mövsümündə debüt edib. O, “Barclays Center”də keçirilən oyunda meydana çıxıb.

Keyri peyvənd olunmadığından matçlarda iştirak edə bilmirdi. Basketbolçu keçən həftə qüvvəyə minən COVID-19 qaydalarına edilən dəyişiklik sayəsində evdə oynamaq imkanı əldə edib.

“Hornets” ilə görüşdə (110:119) İrvinq 41 dəqiqədə 16 xal, 2 ribaund və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Dünya çempionatına daha bir vəsiqə müəyyənləşdi

Növbəti yazı

Fruxvirtova Şarapovanın rekordunun təkrarladı