“İnter”də 2 müqavilə

“İnter”də 2 müqavilə

“İnter”də iki futbolçunun taleyinə aydınlıq gəlib. Müdafiəçi Milan Şkrinyar və yarımmüdafiəçi Marselo Brozoviç karyerasını hazırkı komandasında davam etdirəcək.

Şkrinyar özü mətbuata açıqlamasında ona yeni müqavilə təklif ediləcəyini təsdiqləyib. Slovakiya millisinin üzvü həmin sazişə qol çəkəcəyini vurğulayıb.

Brozoviç isə artıq bu gün yeni sözləşməyə qol çəkəcək. Xorvatiyalı müdafiəçi 2026-cı ilə qədər “İnter”ə məxsus olacaq.

Qeyd edək ki, Brozoviç 2015, Şkrinyar isə 2017-ci ildən “İnter”də oynayır.

ETOPAZ

Əvvəlki yazı

“Şöhrət zalı”nda iki yeni ad

Növbəti yazı

Milli komandalarda ən çox qələbə qazananlar