Buffon 50 yaşına qədər oynaya bilər
İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon karyerasını 50 yaşına qədər davam etdirə bilər. Bunu futbolçunun agenti Silvano Martina açıqlayıb.
O bildirib ki, “Parma” ilə müqaviləsini 2024-cü ilədək uzadan Buffon hələ uzun müddət çıxış edə bilər:
“Müqavilənin uzadılması barədə danışıqları klub başladı. Çünki 44 yaşı olan qolkiper 10 yaş gənc təsiri bağışlayır. Əgər yaxşı formada olsa, 50 yaşına qədər oynaya bilər”