Günün kuponu – 19.02.2022

Günün kuponu – 19.02.2022

“Vest Hem” – “Nyukasl” – 2,5 ÜST [nowbetnow-dynamic dyn_code=1162]

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Vest Hem” son 5 kubok və premyer liqa matçında qələbə qazana bilməyib. “Nyukasl” isə əksinə, son 4 turda 3 qələbə, bir heç-heçə ilə “autsayderlər qrupu”dan çıxıb.”Vest Hem” uğursuz seriyanı dayandırmaq, “Nyukasl” isə qələbələri davam etdirmək üçün mübarizə aparacaq. Tərəflərin öz aralarındakı son 5 dueldən 4-də azı 3 qol vurulması da seçimimə müəyyən təsir etdi. Beləliklə, qərarım, 2,5 üst!

“Volfsburq” – “Hoffenhaym” – 2,5 ÜST [nowbetnow-dynamic dyn_code=1163]

Tərəflərin öz aralarındakı son 10 duelin hamısında qarşılıqlı qollar vurulub və bu oyunlardan yalnız ikisində 2 qol qeydə alınıb. Qalan 8 matçın hamısı 2,5 üstlə bitib. Hər ikisinin bundesliqada çox qol buraxan komandalardan olması 2,5 üst variantına inamımı artırır.

“Lans” – “Lion” – 2,5 ÜST : [nowbetnow-dynamic dyn_code=1164]

Cədvəldə qonşu olan komandaların aralarında 1 xal fərq var. Hərəyə 10 qələbə qazanan komandaların müdafiə xətti elə də etibarlı təsir bağışlamır. “Lion”un 24 turdan sonra top balansı 33-30, “Lans” da isə 39-35-dir. Tərəflər arasında əzəli rəqabət də mübarizənin gərginliyini bir tərəfdən artırır. Məncə, məhsuldar oyun gözləməyə dəyər.

İlkin Fikrətoğludan ən son “Günün Kuponu”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Mbappenin anası Madriddə ev almaq istəyir

Növbəti yazı

Sürpriz kupon – 19.02.2022