Sürpriz kupon – 19.02.2022
“Salernitana” – “Milan” – 2 [nowbetnow-dynamic dyn_code=1165]
“Milan” “dişi-dırnağı” ilə ötən tur ələ keçirdiyi zirvəni çətin ki, belə tezliklə əldən verə, özü də sonuncu yerdə qərarlaşan bir rəqiblə görüşdə. Qısası, “Milan” liderliyini qorumaq üçün bu matçda mütləq qalib gəlməlidir. Fikrimcə, bunu bacaracaq.
“Sauthempton” – “Everton” – 2,5 ÜST [nowbetnow-dynamic dyn_code=1166]
Frank Lempardın baş məşqçi təyin olunmasından sonra özünə gəlməyə başlayan “Everton”un bu matçda uduzacağına inanmıram. Həm də oyun x və ya 2 variantlarından hansını seçməyə də çətinlik çəkirəm. “Sauthempton”un “Mançester Siti” və “Mançester Yunayted”lə heç-heçələri, “Tottenhem” üzərində qələbəsi adamı daha ehtiyatlı fikir yürütməyə vadar edir. Ehtiyatlı, daha sığortalı variant isə məncə 2,5 üstdür.
“Roma” – “Verona” – 2,5 ÜST [nowbetnow-dynamic dyn_code=1167]
Son 3 matçda qələbəsi olmayan Joze Mourinyonun “Roma”sı məncə, bu matçda hücumda daha aqressiv oynayacaq.”Verona”dan eyni cavabı gözləyirəm. 25 oyuna 42 qol vuran romalılarla hesabında 47 top olan “Verona”nın duelində 2,5 alt gözləmirəm.