Zlatandan 300-cü qol

Zlatandan 300-cü qol

“Milan” A seriyasının “Udineze” ilə səfər oyununda xal itirib. 1:1 hesabı ilə başa çatan görüşdə qonaqların yeganə qoluna Zlatan İbrahimoviç imza atıb.

İsveçli hücumçu 90+2-ci dəqiqədə fərqlənib. Bu, Zlatanın “Böyük beşlik” liqalarında 300-cü qolu olub.

Skandinaviyalı forvard XXI əsrdə “Böyük beşlik”də ən çox fərqlənən üçüncü oyunçudur. Yalnız Kriştiano Ronaldo (483) və Lionel Messi (475) daha çox qol vurub.

Qeyd edək ki, Zlatan “Böyük beşlik”də “Yuventus”, “İnter”, “Milan”, “Barselona”, PSJ “və “Mançester Yunayted”də çıxış edib.

ETOPAZ

Əvvəlki yazı

Ronaldonun 165-ci “qurbanı”

Növbəti yazı

Federer Konnorsa, Cokoviç “1000”ə doğru