Günün kuponu – 09.12.2021

Günün kuponu – 09.12.2021

“Fənərbaxça” – “Ayntraxt Frankfurt” – QQ [nowbetnow-dynamic dyn_code=907]

Türkiyə təmsilçisi qrupdan çıxmaq şansını itirib. Ötən turda səfərdə “Olimpiakos”a 0-1 hesabı ilə uduzan sarı lacivərdlilər 5 xalla 3-cü yerdə qərarlaşıb. “Ayntraxt” isə liderlik uğrunda mübarizə aparacaq. Fikrimcə türklər evdə qol vuracaq, amma qapısını toxunulmaz saxlaya bilməyəcək.

“Marsel” – “Lokomotiv Moskva” – 1 [nowbetnow-dynamic dyn_code=909]

Hər iki komanda qrupda 3-cü yer – Konfrans Liqası uğrunda mübarizə aparacaq. “Marsel”in Fransa, “Lokomotiv”in isə Rusiya Premyer Liqasında problemləri bitmir. Belə vəziyyətdə Konfrans Liqası bu klublara lazımdırmı? Sualı biz cavablandıra bilmərik. Meydan sahiblərinin oyuna itkilərlə çıxacaq Moskva təmsilçisinə qalib gələcəyini düşünürəm.

“Legiya” – “Spartak” – QQ [nowbetnow-dynamic dyn_code=910]

“Legiya”nın problemləri həll olunmayıb. Polşa çempionatında 8 matçdan 7-də məğlub olan Mahir Əmrəlinin komandası indi çətin durumdadır. 7 xalı olan “Spartak” qrupda ikinci yeri tutur. Amma hazırda heç kim məqsədinə çatmayıb. Moskva təmsilçisi Polşada qələbə üçün oynayacaq. “Legiya” isə uğurlu çıxış etməklə Avropa Liqası və ya UEFA Konfrans Liqasına yollanacaq. Fikrimcə qələbə hər ikisi üçün önəmli olduğuna görə qol\qol ən düzgün seçimdir.

Sənan Şəfizadədən ən son “Günün Kuponu”

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Leypsiq”də yeni baş məşqçi

Növbəti yazı

Sürpriz kupon – 09.12.2021