9 milyonluq baş məşqçi

9 milyonluq baş məşqçi

Moskva “Lokomotiv”inin idman və inkişaf üzrə rəhbəri Ralf Ranqnikin “Mançester Yunayted”də illik qazancı müəyyənləşib. Almaniyalı mütəxəssis Premyer Liqa təmsilçisində 9 milyon avro maaş alacaq.

Bu isə onun Rusiya klubunda qazandığından iki dəfə çoxdur. 63 yaşlı çalışdırıcı mövsümün sonuna qədər “qırmızı şeytanlar”ın baş məşqçisi postunu tutmağa razılıq verib. O, növbəti mövsümdən iki il ərzində klub məsləhətçisi kimi çalışacaq. Ranqnikin gələn həftədən “Mançester Yunayted”in sükanı arxasına keçməsi gözlənilir.

Qeyd edək ki, Ole-Qunnar Sulşeri istefaya göndərən “Mançester Yunayted”i müvəqqəti olaraq Maykl Karrik çalışdırır.

ETOPAZ

Əvvəlki yazı

Maksi Rodriges karyerasını bitirdi

Növbəti yazı

“Sakramento” seçim qarşısında