86 ilin antirekordu

86 ilin antirekordu

Premyer Liqanın VI turunda “Vest Hem”lə qarşılaşan “Lids” 1:2 hesabı ilə uduzub. Marselo Byelsanın yetirmələri ilk 6 oyunda qələbə qazana bilməyib.

Bu, klubun son 86 il üçün antirekordudur. “Lids” ilk 6 qarşılaşmada qalib gəlməməsinə sonuncu dəfə 1935/36 mövsümündə təsadüf olunub.

Cəmi 3 xala malik komanda turnir cədvəlində 18-ci pillədə qərarlaşıb. “Lids” Byelsanın rəhbərliyi altında ilk dəfə ardıcıl 6 qələbəsiz oyun keçirib.

ETOPAZ

Əvvəlki yazı

Koulmen “Sakramento”da

Növbəti yazı

La Liqada 5-ci