52 ildən sonra
Almaniya millisi dünya çempionatlarının seçmə mərhələlərində 52 ildən sonra 9 və ya daha çox top fərqi ilə qalib gəlib. DÇ-2022-yə vəsiqəni təmin edən Hans Flikin yetirmələri seçmə mərhələnin IX turunda Lixtenşteynlə qarşılaşıb. Bundestim cırtdanları 9:0 hesabı ilə darmadağın edib.
Almaniyanın mundial yolunda son belə qələbəsi 52 il əvvəl qeydə alınıb. DÇ-1970-in seçmə mərhələsində AFR Kipri 12:0 hesabı ilə üstələyib. Bu görüş 1969-cu il mayın 21-də baş tutub.