5 illik müqavilə təklifi
İspaniya “Real”ı futbolçusu Vinisius Juniora yeni müqavilə təklif edəcək. Braziliyalı hücumçu ilə 5 illik anlaşma imzalanması nəzərdə tutulub.
Klub prezidenti Florentino Peres də müqaviləyə razılıq verib. O, 2018-ci ildə “Flamenqo”dan 45 milyon avroya alınan oyunçu ilə anlaşmanın uzadılmasının tərəfdarıdır. Vinisius cari mövsüm La Liqanın 23 oyununda 13 qola imza atıb.