48 ildən sonra
Avstraliya yığması tarixində ikinci dəfə dünya çempionatının final mərhələsinin matçında qol buraxmayıb. “Yaşıl qitə” təmsilçisi DÇ-2022-nin Tunislə qarşılaşmasında 1:0 hesabı ilə qalib gəlib.
Bunadək avstraliyalılar yalnız bir dəfə qapısını toxunulmaz saxlayıb. Buna 1974-cü ildə təsadüf olunub.
Həmin vaxt Çili millisi ilə qolsuz heç-heçə qeydə alınıb. Avstraliyalılar ikinci quru oyunu 48 il gözləməli olub.