Polşadan iki cavabsız qol
Qətərdə keçirilən DÇ-2022-nin C qrupunda II tura start verilib. Polşa yığması Səudiyyə Ərəbistanı ilə qarşılaşıb.
İlk oyununda Argentina üzərində sensasiyalı qələbə qazanan Asiya təmsilçisi bu dəfə möcüzə edə bilməyib. Daha şanslı hesab olunan Polşa millisi 2 cavabsız qolla qalib gəlib.
İlk yarıda Pyotr Zelinski hesabı açıb. Ərəblər bərabərlik qolu üçün penalti əldə etsə də, Voytseh Şesnı buna imkan verməyib. Qarşılaşmanın sonlarında Robert Levandovski özünün mundiallarda ilk qoluna imza atıb.
2:0 hesabı ilə qələbə qazanan Polşa xallarını 4-ə çatdıraraq qrupun lideri olub. Səudiyyə Ərəbistanının üç, Meksikanın 1 xalı var. Hələ xal qazanmayan Argentina isə sonuncudur.
Qeyd edək ki, qrupda turun digər matçında Meksika və Argentina görüşəcək. Bu oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.