45 milyonluq təklif

45 milyonluq təklif

“Tottenhem” “Porto”nun futbolçusu Luis Dias Marulandanı heyətinə qatmağı planlaşdırır. İngiltərə klubu transferlə bağlı təklif də göndərib.

Londonlular vinger üçün 45 milyon avro ödəməyə hazırdır. Bu rəqəm bonuslar hesabına daha da arta bilər. “Tottenhem” düşünmək üçün portuqaliyalılara iki gün vaxt verib.

Qeyd edək ki, 25 yaşlı oyunçu cari mövsüm Portuqaliya çempionatının 18 oyununda 14 qol və 4 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Barti zirvəni qorudu

Növbəti yazı

Beşinci yarımfinal