Beşinci yarımfinal
Dünyanın dördüncü raketkası Stefanos Tsitsipas “Australian Open”də yarımfinala yüksəlib. O, 1/4 finalda Yannik Sinneri üç setdə məğlub edib – 6:3, 6:4, 6:2.
Bu, yunanıstanlı tennisçinin karyerasında “Böyük dəbilqə”də beşinci yarımfinal olacaq. Bunlardan üçü Melburnda gerçəkləşib. O, “Böyük dəbilqə”lərdə 1/4 finalda heç vaxt uduzmayıb.