40 yaşlı İbrahimoviçdən qol, assist, avtoqol

40 yaşlı İbrahimoviçdən qol, assist, avtoqol

İtaliya A seriyasının IX turunun “Bolonya” – “Milan” qarşılaşması Zlatan İbrahimoviç üçün əlamətdar olub. İsveçli hücumçu komandasının 4:2 hesabı ilə qalib gəldiyi matçda hər mənada fərqlənib. 40 yaşlı veteran həm qol, həm avtoqol vurub, üstəlik assistə də imza atıb.

Zlatan A seriyasında qol vuran ən yaşlı 4-cü oyunçudur. 40 yaş 20 günlük olan skandinaviyalı yalnız Alessandro Kostakurta (41 yaş 25 gün), Silvio Piola (40 yaş 131 gün) və Pyetro Verxovod (40 yaş 47 gün) ilə müqayisədə daha gəncdur.

O, həm də 40 yaşdan sonra qol assisti verən ikinci oyunçudur. Avtoqol müəllifi olan İbrahimoviç karyerasında ilk dəfə topu öz qapısına vurub.

ETOPAZ

Əvvəlki yazı

Qvardiolanın Kroos arzusu

Növbəti yazı

Bekhem üçün 150 milyon