Donçiçlə İrvinqdən 62 xal
“Dallas” öz meydanında “Yuta” ilə qarşılaşıb. Ev sahibləri bu görüşdə 120:116 hesabı ilə qalib gəlib.
Görüş “Maveriks”in liderlərinin məhsuldarlığı ilə əlamətdar olub. Luka Donçiç və Kayri İrvinq cütlüyü 62 xal toplayıb.
Donçiç 29 xal, 10 ribaund, 6 ötürmə və 2 topalma ilə yadda qalıb. Onun komanda yoldaşı 33 xal, 6 ribaund, 8 ötürmə və 2 topalma müəllifi olub.