30 milyonluq ziyan
“Böyük dəbilqə” turnirlərinin 20 qat çempionu Novak Cokoviçə dəyəcək ziyanın məbləği dəqiqləşib. Dünyanın ikinci raketkası “Lacoste” şirkəti ilə müqavilənin pozulmasından 30 milyon dollar itirəcək.
Fransa şirkəti müqaviləni bitməsinə üç il qalmış dayandırmaq istəyir. Buna səbəb “Australian Open”də baş verənlərdir.
Qeyd edək ki, koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən tennisçi Avstraliyadan deportasiya olunmuşdu.