16 yaşında pley-offda

16 yaşında pley-offda

“Sportinq”in futbolçusu Rodriqo Ribeyro Çempionlar Liqasının 1/8 final mərhələsinin “Mançester Siti” ilə cavab oyununda (0:0) tarixə düşüb. 16 yaşlı portuqaliyalı hücumçu “Etihad” stadionunda keçirilən görüşün 89-cu dəqiqəsində əvəzetmədən meydana daxil olmaqla buna nail olub.

Bununla Ribeyro turnirin pley-off mərhələsində iştirak edən ən gənc oyunçu olub. 16 yaş 315 günlüyündə bu həyəcanı yaşayan forvard 17 yaşına çatmamış pley-offda iştirak edən ilk futbolçu olmağı bacarıb.

Ancaq Rodriqo ÇL-də mübarizə aparan ən gənc oyunçu deyil. Çünki Yusuf Mukoko 2020-ci ildə 16 yaş 18 günlüyündə Dortmund “Borussiya”sının heyətində qrup mərhələsində debüt edib.

Qeyd edək ki, səfərdə qolsuz bərabərliyə baxmayaraq, ilk görüşdə öz meydanında “Mançester Siti”yə 0:5 hesabı ilə uduzan “Sportinq” avrokuboklarla vidalaşıb.

ETOPAZ

Əvvəlki yazı

30 milyonluq ziyan

Növbəti yazı

“Fənərbaxça” Lövlə anlaşdı