250-ci qələbə

250-ci qələbə

David Moyes baş məşqçi kimi İngiltərə Premyer Liqasında 250-ci qələbəsini qazanıb. “Vest Hem”in baş məşqçisinin yubileyi 25-ci tura təsadüf edib.

London klubu “Nottinhem Forest”i 4:0 hesabı ilə məğlub edib. Şotlandiyalı mütəxəssis Premyer Liqa tarixində qələbə sayında 3-cüdür.

Onun həmyerlisi Aleks Ferqyusonun hesabında 528 qələbə var. Fransalı Arsen Vengerdə bu rəqəm 476-ya bərabərdir.

Qeyd edək ki, Moyes “Vest Hem”, “Everton”, “Mançester Yuanyted” və “Sanderlend”də çalışıb.

ETOPAZ

Əvvəlki yazı

Simeone La Liqanın tarixinə düşdü

Növbəti yazı

15-ci final