15-ci final
Dubay turnirinə yekun vurulub. Finalda Barbora Kreyçikova dünyanın birinci raketkası İqa Şventekə qalib gəlib – 6:4, 6:2.
Bu, Polşalı tennisçinin 15-ci finalı olub. O, karyerasında 3-cü dəfə həlledici görüşdə uduzub.
Şventek ikinci dəfə finalda Kreyçikovaya uduzub. Çexiyalı həm də İqa 1-ci raketka olduqdan sonra ona ikinci dəfə qalib gəlib. Barbora ötən ilin aprelindən sonra buna nail olan ilk tennisçidir.