25 minlik cəza

25 minlik cəza

“Finiks” 25 min dollar cərimələnib. Klubun cəzalanması barədə qərarı NBA verib.

Buna səbəb zədəli oyunçuların siyahısının düzgün qeyd olunmamasıdır. Pley-offun birinci mərhələsinin “Nyu-Orlean”la 6-cı oyunu (115:109) ərəfəsində Devin Bukerin adı zədəlilər siyahısından çıxarılmayıb. Bundan əvvəlki üç matçı buraxan müdafiəçi iştirakı barədə vaxtında təşkilatçılar məlumatlandırılmayıb. Bu üzdən də klub cəzalandırılıb.

Qeyd edək ki, “Finiks” seriyada 4:2 hesabı ilə qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

“Norviç”dən antirekord

Növbəti yazı

Qvardiola müqaviləsini uzadacaq