Elmar Baxşıyev: “Bunun davamını meydanda gətirəcəyik”

Elmar Baxşıyev: “Bunun davamını meydanda gətirəcəyik”

 “Qəbələ” sabah UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Fehervar”la ilk oyununa çıxacaq. Macarıstanda baş tutacaq görüş ərəfəsində “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev fikirlərini klubun saytına açıqlayıb:

“Fehervar”la oyun öncəsi komandada ab-hava yüksək səviyyədədir. Ən önəmlisi odur ki, heyətimizdə zədəli futbolçu yoxdur. Sabah meydanda əlimizdən gələni edəcəyik. “Qəbələ” həm öz azarkeşlərini, həm də bütün Azərbaycan xalqını sevindirməyə çalışacaq. Qarşılaşmaya hazırlığı yekunlaşdırmaq üzrəyik. Hamının tam oyuna köklənməsi sevindiricidir. Avrokubok görüşləri fərqli olur. Futbolçular planlaşdırdığımız səviyyədə hazırdır və bütün komanda səbirsizliklə matçı gözləyir. Ümid edirəm ki, sabah bunun davamını meydanda gətirəcəyik”.

ETOPAZ

Əvvəlki yazı

Regekampf: “Növbəti mərhələyə böyük addım atacağıq”

Növbəti yazı

Vinus Torontoda