2009-dan sonra ilk dəfə

2009-dan sonra ilk dəfə

Kişi tennisçilər arasında keçirilən “Rolan Qarros” turnirində maraqlı hadisə baş verib. Belə ki, reytinq siyahısında ilk 12 yerin sahibi üçüncü raunda yüksəlməyi bacarıb.

Üçüncü mərhələdə oynayacaq olan raketka ustalarının adları ardıcıllıqla belədir: Novak Cokoviç, Daniil Medvedev, Aleksandr Zverev, Stefanos Tsitsipas, Rafael Nadal, Karlos Alkaras, Andrey Rublev, Kasper Ruud, Feliks Oje-Alyassim, Kameron Norri, Yannik Sinner və Hubert Hurkaç.

Kişilər arasında keçirilən turnirlərdə belə hala sonuncu dəfə 2009-da rast gəlinmişdi. Həmin il “France Open” yarışında bu baş vermişdi.

ETOPAZ

Əvvəlki yazı

Dəmirəl istefa verdi

Növbəti yazı

“Qarabağ” Azərbaycan kubokunun sahibi oldu