200-cü qələbə

200-cü qələbə

Stefanos Tsitsipas karyerasında 200-cü qələbəsini qazanıb. 23 yaşlı tennisçi Akapulkodakı turnirdə Laslo Dyereni məğlub edib – 7:6, 7:6.

Bunadək 199 dəfə qalib gələn yunanıstanlı yubiley uğuruna sevinib. Onun 99 məğlubiyyəti də var.

Gənc tennisçilərdən yalnız Aleksandr Zverev (318) və Daniil Medvedev (232) daha çox qələbə əldə edib. Andrey Rublyovun 194, Matteo Berrettini 119 dəfə sevinib.

ETOPAZ

Əvvəlki yazı

Kubokda yeni qayda

Növbəti yazı

Günün kuponu – 24.02.2022