Günün kuponu – 19.03.2022
“Napoli” – “Udineze” – 2,5 ÜST
Bu variantı seçməyi statistika diqtə edir: “Napoli”nin məhsuldarlığı çox yüksəkdir, 29 oyuna 51 qol! “Udineze”nin isə müdafiəsi bərbaddır: 27 matçda 44 qol buraxıblar. Məhsuldar hücumla etibarsız müdafiə qarşılaşanda nəticə çox vaxt 2,5 üst olur. Ümid edək ki, bu təxminimizdə yanılmayacağıq.
“Herta” – “Hoffenhaym” – 2,5 ÜST
“Herta” bundesliqada qalmaq uğrunda “ölüm-dirim” mübarizəsini davam etdirir. Amma bu cür müdafiə ilə çətin ki, məqsədlərinə nail olsunlar. 26 turda qapısında 60 (!) qol görən komandadan nə gözləyəsən? Avrokuboklara düşməyi hədəfləyən “Hoffenhaym”ın da müdafiəsi elə möhkəm deyil: 26 oyunda top balansı 49-37.
Tərəflərin belə xarakteristikasından sonra bu matçdan yalnız 2,5 üst gözləyə bilərəm.
“Beşiktaş” – “Hatayspor” – 1
Kubok matçı da nəzərə alınmaqla son 3 oyunda qələbə qazanmayan “Beşiktaş” uğursuz gedişatı dayandırmalıdır. “Qara qartallar” özündən 2 pillə yuxarıda olan “Hatayspor”u məğlub etməklə nəinki rəqibini, hətta daha 2 komandanı da arxada qoyaraq ilk “beşliy”ə də düşə bilər. Ötən tur derbidə əzəli rəqibi “Qalatasaray” a uduzan “Beşiktaş”dan bu dəfə qələbə gözləməyə dəyər.