Sürpriz kupon – 19.03.2022

Sürpriz kupon – 19.03.2022

“Beşiktaş” – “Hatayspor” – 2,5 ÜST

“Beşiktaş”ın oynadığı son 4 matçın, “Hatayspor”un isə axırıncı 3 qarşılaşmanın hamısı 2,5 üst bitib. Bu komandaların ötən mövsüm baş tutan 2 duelində ümumilikdə 11 qol vurulub (7:0 və 2:2). İndi “Hatayspor” turnir cədvəlində “Beşiktaş”dan da öndədir və 0:7 hesabı ilə uduzacaq vəziyyətdə deyil. Bununla belə, oyundan 2,5 üst “qoxusu gəlir”.

“İnter” – “Fiorentina” – QOL/QOL

A seriyasının bu mövsüm ən çox qol vuran komandası olan “İnter”ə (28 oyuna 61 qol) qələbə çox vacibdir. Xüsusən “Torino” ilə son matçda xal itirdikdən sonra (1:1). Zədəli Brozoviç və de Vrijin yoxluğu “İnter” üçün ciddi itki olsa da, komanda qələbə üçün bütün gücünü səfərbər edəcək. Rəqibin inadkar “Fiorentina” olması isə qarşılıqlı qollara işarə edir.

“Bavariya” – “Union Berlin” – QOL/QOL

“Bavariya” bundesliqada son 2 matçda heç-heçə oynayıb. Hər ikisi də 1:1. Münhenlilərin “qol vurub, buraxmaq adəti” məncə, bu tur da davam edəcək.

İlkin Fikrətoğludan ən son “Sürpriz Kupon”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 19.03.2022

Növbəti yazı

50 mövsümün ən yaxşı nəticəsi