Rusiya klublarının avrokubok oyunları ilə bağlı qərar

Rusiya klublarının avrokubok oyunları ilə bağlı qərar

UEFA Rusiya klublarının avrokuboklardakı oyunlarını təxirə salmağı planlaşdırmır. Bu barədə qitə futbol qurumu bəyanat yayıb.

Bildirilib ki, Ukrayna ilə yaranmış siyasi gərginliyə baxmayaraq, mətbuatda yazılanların əksinə, matçlar öncədən təyin olunan məkanlarda keçiriləcək: “UEFA vəziyyəti daim yaxından izləyir, müvafiq milli assosiasiya və klublarla sıx əlaqə saxlayır. Hazırda bütün qarşılaşmaların planlaşdırıldığı kimi keçirilməsi nəzərdə tutulur”.

Bundan əvvəl, Britaniya mətbuatı Avropa Liqasında Moskva “Spartak”ı və “Zenit”in ev oyunlarının, həmçinin DÇ-2022-yə vəsiqə uğrunda Rusiya ilə Polşa arasındakı pley-off mərhələsinin yarımfinal matçının təxirə salına biləcəyini yazıb.

“Zenit” fevralın 17-də Avropa Liqasının pley-off mərhələsinin “Betis”lə ilk oyununu Sankt-Peterburqda keçirəcək. “Spartak”ın 1/8 finaldakı cavab qarşılaşması martın 17-də Moskvada olacaq. DÇ-2022-nin Rusiya – Polşa pley-off görüşü isə martın 24-də təşkil ediləcək.

ETOPAZ

Əvvəlki yazı

“Liverpul”dan Milnerə yeni təklif

Növbəti yazı

Futbolçular FİFA-nın ideyasına qarşı