Futbolçular FİFA-nın ideyasına qarşı

Futbolçular FİFA-nın ideyasına qarşı

Peşəkar Futbolçular Assosiasiyalarının Beynəlxalq Federasiyası (FIFPro) FIFA-nın dünya çempionatının iki ildən bir keçirilməsi ideyası ilə bağlı sorğu keçirib. Rəyi soruşulan oyunçuların 75 faizi mundialın iki ildən bir təşkilinə qarşı çıxıb.

Avropa və Asiyada oyunçuların 77 faizi, amerikadakıların isə 73 faizi dünya çempionatının hazırkı modelinin lehinə səs verib. Afrikada isə bu, 49 faiz təşkil edib.

Sorğuda iştirak edən futbolçuların 81 faizi sevimli turnirlər kimi ölkə çempionatını və dünya çempionatını adlandırıb.

Sorğuda ümumilikdə karyerasını davam etdirən 1000 oyunçu iştirak edib.

ETOPAZ

Əvvəlki yazı

Rusiya klublarının avrokubok oyunları ilə bağlı qərar

Növbəti yazı

Ruzedən ilk