13 cavabsız qol

13 cavabsız qol

Niderland çempionatında rekord qeydə alınıb. 1-ci liqanın 27-ci turunda “Zvolle” “Den Bosx”u darmadağın edib.

13:0 hesabı ilə qalıb gələn “Zvolle” Niderland çempionatları tarixinin rekordunu təkrarlayıb. 2020-ci ildə “Ayaks” “Venlo”nu eyni hesabla məğlub edib.

Fasiləyə qədər 7 qol vuran “Zvolle”nin futbolçusu Apostolos Vellios 12-ci dəqiqəyə qədər het-trik edib. O, bu liqanın rekorduna imza atıb.

Qeyd edək ki, 27 oyunda 60 xal toplayan “Zvolle” yarışın lideridir.

ETOPAZ

Əvvəlki yazı

Brandta Londondan iki müştəri

Növbəti yazı

Günün kuponu – 05.03.2023