“100”ə on qol qaldı

“100”ə on qol qaldı

Kərim Benzema Çempionlar Liqasında 90-cı qolunu vurub. “Real”ın fransalı hücumçusu “Çelsi” ilə 1/4 finalın ilk oyununda (2:0) hesabı açıb.

Qitənin ən nüfuzlu klub turnirində 149 matça çıxan forvard 100-ə çatmaq üçün 10 dəfə də fərqlənməlidir. Kərim 56 dəfə qrupda, 17 dəfə 1/8, 8 dəfə 1/4, 8 dəfə 1/2 və 1 dəfə finalda rəqib qapısına yol tapıb.

İndiyədək yalnız iki futbolçu 100 qol səddini keçib. Kriştiano Ronaldo 140, Lionel Messi 129 qola sevinib. 3-cü sıradakı Robert Levandovskinin 91 qolu var.

ETOPAZ

Əvvəlki yazı

“Çikaqo”dan pley-off şansı

Növbəti yazı

Ançelotti rekorda imza atdı