Ançelotti rekorda imza atdı
Karlo Ançelotti “Real”ın tarixinə düşüb. O, komandanın sükanı arxasında Çempionlar Liqasında qələbə sayında liderliyə yüksəlib.
Turnirin 1/4 final mərhələsinin “Çelsi” ilə ilk oyununda (2:0) qazanılan qalibiyyət italiyalı mütəxəssisin 35-ci uğuru olub. Bu, Madrid klubunun bütün məşqçiləri arasında ən yaxşı göstəricidir. Əvvəlki nailiyyət Visente Del Boskeyə məxsus idi – 34 qələbə.