“Əl-Sədd” Xavinin “Barselona”ya keçidinə razılıq verdi

“Əl-Sədd” Xavinin “Barselona”ya keçidinə razılıq verdi

Qətərin “Əl-Sədd” klubu baş məşqçisi Xavinin “Barselona”ya keçməsinə razılıq verib. Bunu Asiya təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Qətərlilər baş məşqçi ilə 5 milyon avro qarşılığında vidalaşıb. “Barselona” onun müqaviləsinə xitam verilməsi üçün bu vəsaiti ödəyəcək.

Karyerasının böyük hissəsini “Barselona”da keçirən sabiq yarımmüdafiəçi 1998-2015-ci illərdə futbolçu kimi 25 titul qazanıb. 2015-ci ildə “Əl-Sədd”ə keçən ispaniyalı 2019-cu ildən Qətər təmsilçisinin baş məşqçisi olub.

ETOPAZ

Əvvəlki yazı

Marrey Stokholma dəvət aldı

Növbəti yazı

Şakilin nailiyyəti təkrarlandı