Ən yaxşı məşqçi adına üç namizəd
2021-ci ilin ən yaxşı baş məşqçisi adına namizədlərin yekun siyahısı müəyyənləşib. Bunu FİFA-nın rəsmi saytı açıqlayıb.
Qurum iddiaçıların sayını üçə endirib. Bunlar İtaliya millisinin baş məşqçisi Roberto Mançini, “Mançester Siti”dən Pep Qvardiola və “Çelsi”nin çalışdırıcısı Tomas Tuxeldir . Mükafat yanvarın 17-də təqdim ediləcək.