Günün kuponu – 07.01.2022
“Bordo” – “Olimpik Marsel” – 2
“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi “Olimpik Marsel” 2022-ci ildə Liqa-1-də ilk oyununu Bordo səfərində keçirəcək. İsveçrə millisindən “Bordo”ya gələn Vladimir Petkoviç klubu çətin vəziyyətdən çıxarmağa çalışsa da, hələ ki işlər istənilən kimi getmir. “Bordo” 5 gün öncə kubokda “Brest”ə böyük hesabla uduzdu – 0:3. Üstəlik, heyətin az qala yarısı müxtəlif səbəblərdən Marsel təmsilçisinə qarşı oynaya bilməyəcək. Xorxe Sampaolinin komandasının səfərdən 3 xalla dönməsi çətin olmamalıdır.
“Bayern Münhen” – “Borussiya Münhenqldbax” – 1
“Bayern” bu mövsüm də inamla çempionluğa gedir. Naqelsmannın komandası 2-ci pillədə olan “Borussiya Dortmund”u 9 xal qabaqlayır. Münhenlilərin heyətində itki çox olsa da, bu, “Alyans Arena”da “Münhenqladbax”ı məğlub etməyə mane olmamalıdır. Oyun 1 gəlməsə, turun əsas sensasiyası sayıla bilər.
“Trabzonspor” – “Yeni Malatyaspor” – 1
Çempionatın vahid lideri ilə aşkar autsayderin oyununda uzun-uzadı düşünməyə dəyməz. Qara Dəniz klubu bu mövsüm bütün rəqiblərindən üstün təsir bağışlayır. Son dəfə oktyabrın 22-də “Altay”ı məğlub edən Malatya klubu o vaxtdan qələbəyə həsrətdir. “Trabzonspor” cütün aşkar favoriti olduğundan 1 ən risksiz variant olardı.