Ən varlı futbolçu yeni komandada

Ən varlı futbolçu yeni komandada

Dünyanın ən varlı futbolçusu Faiq Bolkiax komandasını dəyişib. Bruney millisinin yarımmüdafiəçisi Tailandda çıxış edəcək. Portuqaliya klubu “Maritimo”nun müqaviləsinə xitam verdiyi 23 yaşlı oyunçu “Çonburi” ilə anlaşıb. “Sauthempton”, “Lester”, “Çelsi” kimi klublarda ümidləri doğrultmayan Bolkiaxı yeni komandası dünyanın ən zəngin futbolçusu kimi təqdim edib. Bolkiax Bruney sultanı Hassanal Bolkiaxın qardaşı oğludur. Sultan ailəsinin sərvəti 19 milyard dollara bərabərdir.

ETOPAZ

Əvvəlki yazı

Mourinyoya Afrikadan təklif

Növbəti yazı

“Mançester Siti” 4 futbolçusunu satır