“Mançester Siti” 4 futbolçusunu satır

“Mançester Siti” 4 futbolçusunu satır

Mançester Siti” qış fasiləsində 4 futbolçusunu satacaq. İngiltərə klubu əldə ediləcək gəliri yeni transferə ayıracaq.

Hücumçu Ferran Torresin “Barselona”ya keçidi gələn həftə rəsmiləşəcək. Premyer Liqa təmsilçisi eyni zamanda müdafiəçilər Pedro Porro, Ko İtakura və yarımmüdafiəçi Morqan Rocers üçün təklifləri dəyərləndirməyə hazırdır. Hər üç oyunçu hazırda başqa komandada icarədədır və onların satışı “şəhərlilər”ə ümumilikdə 22 milyon funt sterlinq qazandıra bilər.

 “Mançester Siti” rəhbərliyi yanvarda Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın transferinə çalışacaq.

ETOPAZ

Əvvəlki yazı

Ən varlı futbolçu yeni komandada

Növbəti yazı

Lebrondan unikal nailiyyət